xebermen.az

Ərdoğan: "Müharibə ilə yox, dostluqla qazanmaq istəyirik"

3-01-2026, 21:43

 

"Keçən ilin diqqətçəkən hadisələrindən biri Rusiya-Ukrayna münaqişəsi olub və bu müharibə artıq beşinci ilinə qədəm qoyur".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 2025-ci il üzrə ixrac göstəricilərinin hesabat tədbirində deyib.

O, müharibənin ədalətli və davamlı sülhlə sona çatmasını arzuladıqlarını vurğulayıb:

“Sülhə gedən yolun açılması üçün hər cür məsuliyyəti daşımağa hazırıq. Dostlarımızı mümkün qədər çoxaltmağı, dostluqla qazanmağı hədəfləyirik. Təhlükəsizlik zonası qurmaq üçün mübarizəmizi davam etdiririk.”

Prezident Ərdoğan əlavə edib ki, dövlətlər arasında fikir ayrılıqları təbiidir və bunların həllində prioritet yol müzakirə və diplomatiyadır.

“Münaqişələrdən mənfəət əldə etmək anlayışımız yoxdur. Xarici siyasətimizin əsas məqsədi dost qazanmaqdır. Müharibə ilə yox, dostluqla qazanmaq istəyirik. Hər kəsin xeyrinə olacaq sülh üçün mübarizə aparırıq.”

Ərdoğan 2026-cı ildə bu istiqamətdə səylərin daha da artırılacağını bildirib. Eyni zamanda, o vurğulayıb ki, Türkiyə olmadan beynəlxalq həll və strategiya mümkün deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031