Ukrayna qüvvələri Nova Kaxovkada bazara hücum etdi
Ukrayna silahlı qüvvələri Xerson vilayətinin Nova Kaxovka şəhərindəki ərzaq bazarını atəşə tutub.
Bu barədə məlumatı bölgənin qubernatoru Vladimir Saldo "Telegram" kanalında paylaşıb.
Birbaşa zərbə nəticəsində beş pərakəndə satış məntəqəsi tamamilə yanıb, Novaya Zbruevkada isə ən azı iki nəfər xəsarət alıb.
Bundan əlavə Rayskoye kəndində mərmi yerli hökumət binasına ziyan vurub, Obrıvka kəndində isə pilotsuz təyyarə şəxsi evi hədəfə alıb. Hər iki halda da itki olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: