xebermen.az

Ukraynadan Rusiyanın yeddi vilayətinə kütləvi hücum

17-11-2025, 09:51

 

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın 7 bölgəsinə kütləvi hücumun qarşısını alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Bildirilir ki, Ukraynaya məxsus 36 pilotsuz təyyarə vurulub.

“Noyabrın 16-sı gecə saat 23:00-dan noyabrın 17-si səhər saat 7:00-a qədər hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 36 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - nazirlik bildirib.

Hava hədəflərinin əksəriyyəti Bryansk vilayətində olub. Bölgə üzərində 14 PUA məhv edilib. Səkkiz pilotsuz təyyarə Tambov vilayətində, beşi Ulyanovsk və dördü isə Voronej vilayəti üzərində məhv edilib. Daha üç pilotsuz təyyarə Oryol, biri Nijni Novqorod, biri isə Tula vilayətlərində vurulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031