xebermen.az

Ukrayna bu gecə də rusların yuxusunu qaçırdı: Səmada döyüş

10-09-2025, 10:09

 

Ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinin 122 pilotsuz uçuş aparatını məhv edib.


Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


“Sentyabrın 10-da gecə yarısından Moskva vaxtı ilə saat 05:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 122 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilir.


Əsas hücum 20-dən çox pilotsuz uçan aparatın vurulduğu Bryansk vilayətinə olub. Daha 17-si Krım üzərində, 15-i Qara dənizdə zərərsizləşdirilib.


Voronej, Belqorod, Kursk vilayətləri və Krasnodar diyarı üzərində 10-dan çox Ukrayna PUA-sı vurulub.


Oryol, Kaluqa, Ryazan, Tula, Nijni Novqorod, Rostov və Tver vilayətlərində isə 10-a qədər pilotsuz təyyarə məhv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930