xebermen.az

Əhaliyə ŞAD XƏBƏR - İstiliyin verilməsinə BAŞLANILIR

15-11-2025, 10:30

 

Bu gecədən Azərbaycanda növbəti istilik mövsümünə start verilir.


Məlumata görə, hazırda "Azəristiliktəchizat" ASC-nin balansında olan 3 871 yaşayış binası istiliklə təmin olunur. Həmçinin təqribən 185 min mənzil, 449 təhsil müəssisəsi, yəni bağçalar və məktəblər, 152 səhiyyə obyekti, 2 224-ü sosial və təsərrüfat obyetkləri "Azəristiliktəchizat" tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təmin olunur.


Qurumun 2025-2026-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə bu il 1 000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 km-dən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.


Qeyd edək ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.


Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930