xebermen.az

İstiliyin verilməsi DAYANDIRILIR

15-04-2025, 10:24

 

"Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq".

Bu açıqlamanı Oxu.Az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı verib.

"Ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq", - deyə E.Basqallı vurğulayıb.

"Qeyd edim ki, respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi "Azəristiliktəchizat" ASC-nin balansında fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub", - deyə E.Basqallı bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30