Qarabağdan gedən neçə min erməniyə Ermənistan vətəndaşlığı verilib?
Qarabağdan gedən 19 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib.
Bu barədə “Sputnik Ermənistan”a Respublika Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətindən məlumat verilib.
Vətəndaşlıq qəbulu üçün ümumilikdə 19 246 vətəndaş müraciət edib, onların 12 564-ü böyüklər, 6 778-i isə 18 yaşadək şəxslər olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: