xebermen.az

Oqtay Şirəliyevin yerinə təyinat olacaq

7-10-2025, 11:47

 

Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


Yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.


Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.


Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031