xebermen.az

Prezident təqaüdçüləri hansı universitetlərdə oxuyurlar? - SİYAHI

6-10-2025, 10:40

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025-2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.

Təqaüdün məbləği hazırda 350 manatdır.

Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.

Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, Prezident təqaüdçülərinin ən çox toplandığı ali məktəb Bakı Ali Neft Məktəbi olub. Onu Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti izləyir.

Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:

Bakı Ali Neft Məktəbi - 36 nəfər

Azərbaycan Tibb Universiteti - 26 nəfər

Bakı Dövlət Universiteti - 16 nəfər

ADA Universiteti - 13 nəfər

Dövlət İdarəçilik Akademiyası - 5 nəfər

Azərbaycan Dövlət İqtisad Universiteti - 4 nəfər

Xüsusi təyinatlı ali təhsil müəssisələri - 1 nəfər

Naxçıvan Dövlət Universiteti - 1 nəfər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031