xebermen.az

Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq

1-10-2025, 10:01

 

Texnologiya dünyasının ən böyük vizyonerlərindən biri olan Bill Qeyts fərdi kompüterlərin dövrünün sona yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, onilliklərdir həyatımızın mərkəzində olan kompüterlər yaxın gələcəkdə çox daha ağıllı və şəxsi texnologiyalarla əvəz olunacaq.


"Microsoft"un qurucusu hesab edir ki, süni intellekt (AI) texnologiyası növbəti böyük inqilabdır. Qeytsin sözlərinə görə, hər evdə şəxsi "ağıllı agent" olacaq və bu cihazlar həm iş, həm də gündəlik həyatda köməkçi rolunu oynayacaq.


Bill Qeyts vurğulayıb ki, artıq obyektləri tanıyan və öz səhvlərindən öyrənən təmizləyici robotlar bu transformasiyanın ilk addımıdır. O, gələcəkdə bu sistemlərin daha da inkişaf edəcəyini proqnozlaşdırır.


Qeytsin vizyonu Elon Maskın rəhbərlik etdiyi Teslanın "Optimus Gen" adlandırdığı insanabənzər robotlarla üst-üstə düşür. Mask yaxın zamanda bu robotların fabriklərdən çıxaraq evlərdə şəxsi köməkçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb.


Mütəxəssislərin fikrincə, artıq sual süni intellektin evlərimizə daxil olub-olmaması deyil, bunun nə vaxt və hansı formada baş verəcəyidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930