xebermen.az

Çində insanabənzər robotların boks yarışı keçirildi

26-05-2025, 11:07

 

Çinin Hancou şəhərində insanabənzər robotların ilk boks yarışı keçirilib. Bu, dünyada robotların ilk döyüş yarışıdır.

Çin Media Qrupun təşkilatçılığı ilə keçirilən yarışda Çinin bir neçə startapının hazırladığı robotlar üz-üzə gəlib.

Hazırlıq prosesində sərt təsirlərə məruz qalaraq, robotların dayanıqlılığı yoxlanılıb. Əsas komponentləri qorunmaq üçün onlara qorunma proqramları yazılıb. Robotların yarışlara hazırlanmasında boks mütəxəssislərinin tövsiyələrindən istifadə olunub.

Robotlar yarışa hazırlıq məşqlərində kiçik “zədə”lər alsalar da, bu, onların mübarizəsinə mane olmayıb.

Yarışda robotlar 8 əsas boks hərəkətini və bir neçə kombinasıyanı nümayiş etdiriblər. Onlar həm fərdi, həm də komanda yarışında “güc”lərini sınayıblar. Robotlar mübarizə apararkən bir neçə dəfə naqdaun vəziyyətinə düşüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031