xebermen.az

İran dağın altında gizli obyekt inşa edir - Peyk görüntüləri yayıldı

27-09-2025, 11:16

 

İran son aylarda İsfahan vilayətində, Natanz şəhəri yaxınlığında yerləşən Kolanq dağı altında gizli hərbi obyektin tikintisini sürətləndirib.


Bu barədə “The Washington Post” peykdən çəkilmiş görüntülərinə və ekspert rəylərinə əsasən məlumat yayıb.


Məlumata görə, bu, ABŞ və İsrailin birgə zərbələrindən sonra qeydə alınıb.


Nəşr buranı “məqsədi məlum olmayan obyekt" adlandırıb və ərazidə tikinti işlərinin 2020-ci ildən bəri davam etdiyini yazıb.


Onun daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşdiyi iddia olunur.


İranın buradan uranın zənginləşdirilməsi və ya saxlanması məqsədilə istifadə edə biləcəyi ehtimal edilir.


Əvvəllər İran rəsmiləri həmin obyektin uranın zənginləşdirilməsi üçün sentrifuqaların istehsalında istifadə oluna biləcəyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930