xebermen.az

ABŞ-ın İrana hücumu nəticəsiz qaldı - KİV

22-06-2025, 13:36

 

İran ABŞ-ın gözlənilən hava hücumundan xəbərdar olub və zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb.

Bu barədə “Reuters”ə İranın yüksək vəzifəli rəsmisi bildirib.

Mənbə bildirib ki, şəxsi heyətin əksəriyyəti uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.

Həmçinin "Telegram" kanallarında yayılan məıumatlarda hücumdan öncə Fordo nüvə obyektlərinin girişində nüvə aktivləri və avadanlıqlarının daşınması üçün istifadə edilən 15-dən çox yük maşınının göründüyü bildirilib.

Qeyd edək ki, iyunun 22-də ABŞ Fordo, Natanz və İsfahan daxil olmaqla, İranın 3 əsas nüvə infrastrukturu obyektinə zərbələr endirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031