xebermen.az

Üç ölkədə kütləvi internet kəsilməsi baş verdi

8-09-2025, 09:44

 

Qırmızı dənizdə sualtı kabelin zədələnməsi Hindistan, Pakistan və BƏƏ-də internetin geniş şəkildə kəsilməsinə səbəb olub.


Bu barədə "Netblocks" internet monitorinq qrupu məlumat yayıb.


Problemlərin Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı SMW4 və IMEWE kabel sistemlərindəki nasazlıqlarla bağlı olduğu güman edilir. BƏƏ-dəki "Etilasat" və "Du" şəbəkələrində də sürətlərin azaldılması və giriş çətinlikləri olduğu bildirilib.


Hazırda yaranmış məsələlərin həlli istiqamətində iş aparılır.


Sentyabrın 7-də bildirilib ki, “Microsoft”un “Azure” bulud saxlama platformasının istifadəçiləri Qırmızı dənizdə sualtı fiber-optik kabellərin zədələnməsi səbəbindən problemlərlə üzləşə bilər.


Sentyabrın 1-də məlum olub ki, Estoniya və Finlandiyanı birləşdirən "EstLink 1" sualtı elektrik ötürücü xətti sıradan çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930