xebermen.az

İnqilabi layihə: Üç yeni okean dəhlizi açılır, beş qitə birləşir

20-02-2025, 13:09

 

“Meta” inqilabi bir layihəni - “Project Waterworth”u həyata keçirməyə hazırlaşır.

50 min kilometrdən çox uzunluğu və beş qitəni əhatə edəcək layihə nəhəng sualtı kabel qlobal internet infrastrukturunu yenidən formalaşdıracaq.

“Meta” süni intellekt (AI) innovasiyalarını sürətləndirmək üçün üç yeni okean dəhlizi açmağı planlaşdırır. Bu milyard dollarlıq, çoxillik layihə internetin sürətini və səmərəliliyini artırmaq məqsədi daşıyır.

Son aylarda “Meta”nın qlobal sualtı kabel şəbəkəsi qurmaq planları ilə bağlı şayiələr yayılıb. İndi “Waterworth” layihəsi ilə bu söz-söhbətlər gerçəkləşir. Şirkət ABŞ, Hindistan, Braziliya və Cənubi Afrika kimi strateji regionları birləşdirərək internetə çıxışı gücləndirəcək. Bu nəhəng sıçrayış bütün dünyada süni intellekt (AI) innovasiyalarının sürətlə irəliləməsinə imkan verəcək.

“Meta” əvvəllər hər biri 24 fiber optik xətdən ibarət 20-dən çox sualtı kabel layihəsi həyata keçirib və şəbəkə tutumunu xeyli artırıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930