xebermen.az

ÜST bu xəstəliklə bağlı beynəlxalq fövqəladə hal rejimini ləğv etdi

6-09-2025, 10:57

 

Meymunçiçəyi epidemiyasına görə tətbiq olunan beynəlxalq fövqəladə hal rejimi ləğv edilib.


Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus açıqlayıb.


Afrikada meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar bir ildən artıqdır ki, fövqəladə vəziyyət rejimi elan edilmişdi. Beynəlxalq səhiyyə qaydalarına uyğun olaraq çağırılan fövqəladə hallar komitəsi epidemiya ilə əlaqədar vəziyyəti qiymətləndirmək üçün hər üç aydan bir toplanır. Son toplantıda komitə meymunçiçəyinin artıq ictimai səhiyyə ilə bağlı beynəlxalq səviyyədə narahatlıq doğuran fövqəladə hal təşkil etmədiyinə qərar verib.


Qeyd edək ki, cari il ərzində 34 mindən çox insan meymunçiçəyi virusuna yoluxub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930