xebermen.az

İnfarkt əvvəldən əlamətlər göstərməyə də bilər - Kardioloqdan maraqlı açıqlamalar

8-08-2025, 09:44

 

Miokard infarktı simptomlar olmadan da baş verə bilər.

Bu barədə rusiyalı kardioloq və anestezioloq-reanimatoloq Anton Vaxlyaev RİA Novosti-yə müsahibəsində danışıb.

O qeyd edib ki, xəstəlik əvvəldən hər hansı əlamətlər göstərməyə də bilər, ürək-damar xəstəliklərinin inkişafı üçün risk faktorları isə yüksək arterial təzyiq (yüksək qan təzyiqi) və insultdur.

Həkim bir məqama diqqət çəkib ki, stenokardiyanın (angina pektoris) ortaya çıxması həyəcan siqnalı ola bilər.

"Tədricən fiziki yüklənmə azalır, ağrılar isə daha tez-tez təkrarlanır, ağrı spazmları daha uzun müddət davam edir - bu, ürəyin işemik xəstəliyinin klassik mənzərəsidir", - deyə həkim bildirib.

Onun sözlərinə görə, infarktların müalicəsində əldə olunan uğurlara baxmayaraq, statistika göstərir ki, məhz onların ucbatından insanların çoxu həyatını itirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930