xebermen.az

Qarabağ Universitetinin mətbuat katibi də vəzifəsindən ayrıldı - YENİLƏNİB

5-08-2025, 18:38

 

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva vəzifəsindən ayrılıb.

Aytən Quliyeva öz ərizəsi ilə işdən azad olunub.

Qeyd edək ki, A.Quliyeva universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.

10:57

Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru işdən çıxıb.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib. Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilib. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur. 

Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitetin rektoru Şahin Bayramovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930