xebermen.az

Türkiyənin iki sərnişin təyyarəsi Rusiyada məhdudiyyətlərlə üzləşdi

18-07-2025, 10:18

 

Türkiyənin Antalya və Bodrum şəhərlərindən uçan Türk Hava Yollarına məxsus təyyarələr Moskvanın Vnukovo yerinə Sankt-Peterburqun Pulkovo hava limanına enib.


Buna səbəb paytaxt hava limanında tətbiq edilən məhdudiyyətlərdir.


Vnukovo hava limanının internet saytından verilən məlumata görə, Türkiyə aviaşirkətinin Antalyadan "TK 3038" və Bodrumdan "TK 3126" nömrəli reyslərinin istiqaməti Pulkovoya dəyişdirilib.


Həmçinin Vnukovoda məhdudiyyətlərə görə daha bir neçə reysin - Sankt-Peterburq, Antalya, Nukus və Dalamandan gəlişi gecikir.


Bundan başqa, Antalya, İstanbul, Bodrum və Dalaman istiqamətlərinə uçuşlar da gecikir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031