xebermen.az

Rusiya hava limanlarında XAOS - Yüzlərlə sərnişin çətin vəziyyətə düşdü

5-07-2025, 21:02

 

Rusiyanın hava limanlarında sistem çöküb.

Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

“Yalnız Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüzü təxirə salınıb. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib”, - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur: burada 170-dən çox reys gecikib, təxminən 50-si isə ləğv olunub. Hazırda hava limanında sıxlıq yaşanır. Gələn sərnişinlər hələ yola düşməmiş sərnişinlərlə qarışırlar. Sərnişinlər yer çatışmazlığından yerə oturmaq məcburiyyətində qalıb, hətta biznes zalda da boş yer yoxdur.

Bundan başqa, hava limanına çatan bəzi sərnişinlər təyyarədən buraxılmayıb və bəziləri təxminən dörd saat təyyarə göyərtəsində qalıb.

Pulkovo hava limanında da oxşar vəziyyət yaşanır. Burada 30-dan çox reys ləğv olunub, 100-ə yaxını təxirə salınıb.

Bundan az əvvəl Sankt-Peterburqdakı hava limanında təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930