xebermen.az

Qırğızıstanda alimlər su altında qalan şəhərin sirrini araşdırırlar

15-07-2025, 10:20

 

Rusiyalı arxeoloqlardan ibarət ekspedisiyaı Qırğızıstanda yerləşən İssık-Kul gölündə su altında qalan yaşayış məntəqəsinin tədqiqinə başlayıb. 10-13-cü əsrlərə aid obyekt sahildən bir kilometr məsafəd, təxminən beş metr dərinlikdə yerləşir. Yaşayış məntəqəsinin uzunluğu 5 kilometrə qədər, eni isə 1 kilometrə yaxındır.

Ekspedisiya qrupuna müxtəlif sahələr üzrə mütəxəssislər daxildir: arxeoloqlar, dendroxronoloqlar, paleoseysmoloqlar. Layihə rəhbəri bildirib ki, tədqiqat üçün müasir metodlardan, o cümlədən dalğıcların iştirakı olmadan kəşfiyyat və çəkiliş aparmağa imkan verən sualtı dronlardan istifadə olunur.

"Sualtı dronlar batmış yaşayış məntəqəsinin vəziyyəti haqqında ətraflı məlumat almağa, sualtı obyektlərin plan və xəritələrini tərtib etməyə imkan verir. Bu, ənənəvi dalğıc əməliyyatları ilə müqayisədə daha qənaətli və təhlükəsiz üsuldur", - Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun nümayəndəsi bildirib.

Alimlər diqqətlərini əsasən, qədim yaşayış məskəninin məhv olma səbəblərini müəyyən etməyə yönəldiblər. Mütəxəssislər onun yoxa çıxmasının seysmik hadisə ilə əlaqəli olduğunu ehtimal edirlər. Paleoseysmoloqlar zəlzələlərin izlərini və onların regionun landşaftına təsirini öyrənirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031