xebermen.az

Yer altında gizli dünya tapıldı

20-06-2025, 12:43

 

Cənubi Atlantik okeanında yerləşən Cənubi Sendviç adaları yaxınlığında keçirilən 35 günlük elmi ekspedisiya zamanı tədqiqatçılar elm üçün tamamilə yeni və rəngarəng bir sualtı dünya ilə qarşılaşıblar.

Bu kəşf planetin hələ tam öyrənilməmiş və bioloji baxımdan ən zəngin ərazilərindən birinə işıq salır.

Ekspedisiya çərçivəsində 700 metr dərinlikdə yerləşən hidrotermal mənbələr, dörd metrə qədər yüksələn isti su bacaları (və ya "qara bacalar"), sıx qırmızı mərcan bağları, nadir və ekzotik dəniz canlıları, o cümlədən parazitli balıqlar və unikal dəniz ilbizləri müşahidə edilib. Bu ekosistem həm bioloji müxtəlifliyi, həm də geotermal aktivliyi ilə alimləri heyrətləndirib.

Araşdırmanın ən həyəcanverici məqamlarından biri isə 2022-ci ildə ilk dəfə elmə məlum olan, lakin bu günə qədər heç vaxt görüntülənə bilməyən "Akarotaxis" adlı nadir balıq növünün ilk dəfə kameralara düşməsi olub. Bu balıq növü haqqında məlumatlar olduqca məhdud idi və onun real şəraitdə çəkilməsi elmi cəhətdən mühüm irəliləyiş sayılır.

Tədqiqatçılar bu kəşfi "planetin ən təcrid olunmuş və bioloji cəhətdən zəngin sualtı bölgələrindən birinə ilk ətraflı baxış" kimi dəyərləndirirlər. Onların fikrincə, bu tapıntılar okean dibi həyatının nə qədər sirli və zəngin olduğunu bir daha sübut edir və dəniz biomüxtəlifliyinin qorunmasının nə qədər vacib olduğunu xatırladır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930