xebermen.az

Rusiya "Oreşnik" raket sistemini bu ölkədə yerləşdirəcə

1-07-2025, 22:44

 

2025-ci ilin sonuna kimi Rusiyanın "Oreşnik" raket sistemi Belarus ərazisində yerləşdiriləcək.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.

"Biz Volqoqradda Putinlə razılaşdıq. Oreşnikin ilk mövqeləri Belarusda olacaq. Siz Oreşnikin işini görmüsünüz. İlin sonuna qədər bu silahlar Belarusda yerləşdiriləcək", - siyasətçi Belarusun Müstəqillik Günü münasibətilə keçirilən təntənəli iclasda çıxış edərkən deyib.

2024-cü il dekabrın 6-da Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən "Oresşikin" Belarus ərazisində yerləşdirilməsini xahiş edib. Belarus lideri vurğulayıb ki, Rusiya Federasiyasının rəhbərliyi müvafiq qərar qəbul edərsə, "Oreşnik"in məqsədləri Minsk tərəfindən müəyyən edilməlidir.

Putin raket sisteminin Belarusda yerləşdirilməsini mümkün adlandırıb və qeyd edib ki, onu quraşdırmazdan əvvəl bu sistemlərin minimum məsafəsini müəyyən etmək lazımdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930