xebermen.az

Lukaşenko 7-ci dəfə prezident seçildi

27-01-2025, 10:30

 

İlkin məlumatlara görə, Belarus Prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində qalib gəlib - seçicilərin 86,82 faizi ona səs verib.

Bunu jurnalistlərə açıqlamasında Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko deyib.

"Belarus Respublikasını təbrik edə bilərsiniz, biz prezident seçmişik", - o bildirib.

Belarus Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də elan edəcək.

70 yaşlı Lukaşenko Belarusun ilk və hazırda yeganə prezidentidir - əslində o, bu vəzifəni 1994-cü il iyulun 20-dən tutur. Lukaşenko 1994, 2001, 2006, 2010, 2015, 2020 və 2025-ci illərdə keçirilən prezident seçkilərində iştirak edib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərində yekun seçici fəallığı 85,7% təşkil edib. Ümumilikdə 5,3 mindən çox seçki məntəqəsində 6,9 milyondan çox vətəndaş səs verib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30