xebermen.az

Çin alimləri ilk dəfə donuz embrionunda insan ürəyi yetişdirdilər

18-06-2025, 10:40

 

Çin Elmlər Akademiyasının alimləri tarixdə ilk dəfə donuz embrionlarında funksional, insan hüceyrələrindən ibarət miniatür ürəklər yetişdiriblər.

Bu barədə Honkonqda keçirilən Beynəlxalq Kök Hüceyrə Araşdırmaları Cəmiyyətinin (ISSCR) konfransında təqdim olunub.

Tədqiqatda donuz embrionlarından ürək formalaşmasına cavabdeh iki gen çıxarılıb və erkən mərhələdə onlara genetik baxımdan gücləndirilmiş insan kök hüceyrələri yeridilib.

Embrionlar 21 günə qədər yaşayıb, bu müddətdə içərisində insan hüceyrələrindən ibarət, barmaq ucu böyüklüyündə ürəklər inkişaf edib. Ürəyin insan hüceyrələrindən formalaşdığı isə flüoresan markerlərlə təsdiqlənib.

Bu, gələcəkdə donuzlarda tam insan orqanları yetişdirib, onları transplantasiya üçün istifadə etməyə bir addım da yaxınlaşmaq deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930