xebermen.az

Ürək çatışmazlığına çarə tapıldı

11-05-2025, 10:10

 

ABŞ alimləri innovativ gen terapiyası vasitəsilə ağır ürək çatışmazlığı olan donuzlarda ürəyin itirilmiş funksiyalarını bərpa etməyi bacarıblar. Yeni metod ürəyi demək olar ki, normal vəziyyətinə qaytara bilir ki, bu da oxşar patologiyaları olan insanlar üçün effektiv müalicə ümidi yaradır.

Araşdırma "Regenerative Medicine" jurnalında dərc edilib.

Təcrübə Yuta Universitetinin Nora Ekklz Harrison Ürək-Damar Araşdırmaları və Təlim İnstitutu komandası tərəfindən aparılıb. Əsas rolu xüsusi bir protein olan - kardiomostov inteqrator (cBIN1) oynayıb ki, ürək çatışmazlığı olan xəstələrdə onun istehsalı xeyli azalır.

İndi komanda işlənib hazırlanmış metodu insanlar üzərində təhlükəsiz tətbiqi üçün uyğunlaşdırmaq niyyətindədir. Artıq 2025-ci ilin sentyabrında insanlar üzərində ilk klinik sınaqların başlanması üçün müraciət edilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930