xebermen.az

İsrail əməliyyata niyə bu adı verib? - Detallar

13-06-2025, 21:40

 

İsrail Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatlara "Yüksələn Aslan" adını verib. Bəzi KİV-lərdə bu ifadə "Aslan milləti" kimi tərcümə olunub.

Burada güc və hücum simvolu olan "ayağa qalxan aslan" obrazı nəzərdə tutulur.

Aslan İsrail üçün dini və milli rəmzdir, Yəhuda qəbiləsinin simvolu, liderlik və qorxmazlığın ifadəsidir. Maraqlıdır ki, aslan simvolu İranın da tarixi kimliyində xüsusi yer tutur. Əsrlər boyunca İran dövlətinin rəsmi emblemi "Şir və Xurşid" ("Aslan və Günəş") olub. Bu obraz həm imperiya gücünü, həm də şiə inancında İmam Əlinin simvolik statusunu əks etdirirdi.

Belə qənaətə gəlmək olar ki, İsrailin seçdiyi ad təkcə daxili auditoriyaya deyil, həm də İran kimi rəqiblərə dolayı mesaj ötürür.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930