xebermen.az

Vətən Müharibəsi Qəhrəmanları hər ay 2200 manat təqaüd alacaqlar

12-06-2025, 20:41

 

2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılır.

Prezident İlham Əliyevin iyunun 12-də imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda əksini tapıb.

Belə ki, növbəti aydan Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat, "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş hər bir şəxsə 2000 (iki min) manat veriləcək.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1700 (min yeddi yüz) manat müəyyən edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031