xebermen.az

Rusiya diqqəti indi də bu ölkəyə yönəldib: Dünya savaşı başlaya bilər

Dünən, 13:07

 


Son bir həftədə baş verən hadisələr Rusiyanın diqqətini İngiltərənin kəşfiyyat fəaliyyətlərinə yönəltdiyini ortaya qoyur.
Bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin “Sky News”-a danışıb.

O, Ukraynanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur bölgələrindəki Rusiya hava bazalarına edilən hücumların arxasında Qərb texnologiyası və kəşfiyyat məlumatlarının olduğunu iddia edib.

"Bu halda məhdud bir qarşıdurma genişlənə bilər. Üçüncü Dünya müharibəsi riski ola bilər. Rusiya İngiltərənin ölkədəki bütün fəaliyyətlərindən xəbərdardır", - Kelin söyləyib.

Onun bu açıqlaması Londona qarşı açıq müharibə xəbərdarlığı kimi şərh olunub. Səfir həmçinin Böyük Britaniyanın müdafiə nazirinin Ukraynaya pilotsuz uçuş aparatlarının göndərilməsini 10 dəfə artıracaqları barədə açıqlamasını “səssiz təsdiq” kimi dəyərləndirib. Kremlə yaxın mənbələrə görə, Rusiya Britaniyanı təkcə siyasi deyil, həm də birbaşa hərbi hədəf kimi müəyyən edib.

Bu açıqlamadan dərhal sonra Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) tərəfindən hazırlanan hesabatda iddia edilib ki, İngiltərə Gürcüstanda mövcud hökuməti devirmək üçün ifrat sağçı gənclər hərəkatları ilə işləyir. SVR-nin məlumatına görə, Tbilisidə hökuməti devirmək cəhdində təxminən 100 gənc, tələbə və feminist təşkilat İngiltərə tərəfindən maliyyələşdirilir.

Hesabatda “İngilislər Gürcüstanın Qərbin himayəsindən azad edilməsini həzm edə bilmir” ifadəsi diqqət çəkib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30