xebermen.az

Moskvada Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi olub

4-03-2025, 15:43

 

Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakı meydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi keçirilib.

Xatirə lövhəsində deyilir: "Burada ikiqat Sosialist Əməyi Qəhrəmanı, görkəmli dövlət və siyasi xadim, SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə komissiyasının sədri Heydər Əliyevin abidəsi qoyulacaq".

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müavini Vitali Savelyev, Baykal-Amur magistralının tikintisinin veteranları, SSRİ Nəqliyyat Nazirliyi və başqaları iştirak ediblər.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur Magistralının tikintisi və istifadəsi üzrə Komissiyanın sədri vəzifəsini tutub, bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfə verib. Moskvada abidənin qoyulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında Baykal-Amur Magistralının tikintisi və istifadəsindəki xidmətlərinin tanınmasını simvolizə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930