xebermen.az

Qubernator amerikalılara çağırış etdi: Ona təslim olmayın

11-06-2025, 12:02

 

Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampı səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib və amerikalıları ona müqavimət göstərməyə çağırıb.

Bu barədə o, xalqa müraciətində bildirib.

"Donald Trampın ən çox istədiyi şey sizin ona sadiq olmanız, susmağınız, eyni zamanda ortaq olmağınızdır. Ona təslim olmayın!", - deyə qubernator vurğulayıb.

O əlavə edib ki, Kaliforniya Ağ Ev liderinin yolunda ilk ola bilər, amma sonuncu deyil.

Xatırladaq ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri hədəf almaq üçün keçirdiyi reydi etirazçılarla toqquşmaya çevrilib. Elə həmin gün Kaliforniya qubernatoru Qevin Nyusom Tramp administrasiyasının federal maliyyələşdirmədə mümkün kütləvi ixtisarlara cavab olaraq ştatın federal vergiləri ödəməkdən imtina edə biləcəyini deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930