xebermen.az

Rusiyadan sensasion iddia: ABŞ parçalanacaq

10-06-2025, 13:03

 

Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti və Media ilə Qarşılıqlı Əlaqələr Komissiyasının rəhbəri Aleksey Puşkov “Telegram” kanalında Kaliforniyadakı iğtişaşları dəyərləndirib.

Puşkov ABŞ-ın ciddi parçalanma riski ilə üz-üzə olduğunu bəyan edib.

"Kaliforniyada xaos və nəzarətsizlik hökm sürür. Brüssel Rusiyanın parçalanmasını arzulasa da, bu qeyri-mümkündür. Parçalanmağa əsl namizəd ABŞ ola bilər. Amerika cəmiyyəti onu dərindən sarsıdan güclü parçalanmalara tab gətirə bilməyəcək. Üstəlik, daxili qarşıdurmaya meyl artır. 21-ci əsrdə Birləşmiş Ştatlar parçalanmış dövlət ola bilər”, - Puşkov yazıb.

Xatırladaq ki, iyunun 7-də İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) qeyri-qanuni immiqrantları aşkar etmək üçün Los-Anceles şəhərinin mərkəzində genişmiqyaslı reyd keçirib. Bu əməliyyatdan sonra başlayan nümayişlər federal hökumətin Kaliforniyaya maliyyə yardımını kəsmək planları mətbuatda dərc olunduqdan sonra qarşıdurmaya çevrildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031