xebermen.az

Məktəbli formaları ilə bağlı YENİLİK

2-06-2025, 15:56

 

Şagirdlər üçün rahat və standartlara uyğun məktəbli formaları hazırlanır.

Məsələ ilə bağlı ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.

Onun sözlərinə görə, formalarda bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

"Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı ilə məktəb formalarının parçalarına, materialına xüsusi tələb var. O tələbə görə, bütün köynəklər 100 faiz pambıq, şalvar və yupkalar isə 60 faiz yun, 40 faiz polester olmalıdır. Yeni çıxan formalar isə tələbata uyğundur. Formaların dizaynı ilə yanaşı məktəblərin emblemləri də nəzərə alınır. Bu da hər bir təhsil müəssisəsinə fərqlənmə imkanı verir".

Şöbə müdiri onu da qeyd edib ki, formaların bölgələrə çatdırılmasında da heç bir problem yaşanmayacaq: "Emblemə məktəblərin özləri qərar verirlər. Hazırkı dəyişikliklər məktəb formalarının keyfiyyətini artırmaqla yanaşı vahid tərzdə təqdim olunmasına da xidmət edir. Seçim imkanlarının geniş olması isə məktəb və valideynlərin tələblərini qarşılamağa töhfə verir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30