xebermen.az

Laçın Zirvəsinin şifrələri: “Orta güc” Şərqi Zəngəzurdan hansı mesajı verdi?

29-05-2025, 08:51

 

Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli Zirvə görüşünün nəticələrini bir neçə kontekstdə qiymətləndirək olar:

- Üç ölkə Cənubi Qafqazda, o cümlədən, regionun tranzit olaraq yer aldığı Orta dəhlizdə birlik olduqlarını Şərqi Zəngəzurdan nümayiş etdirdi;

- Eyni birlik mesajı Laçından Cənubi Asiya regionuna da ünvanlanıb: Hindistanın Pakistana hücumuna toxunan Əliyev də, Ərdoğan da atəşkəsin əldə edilməsini, eyni zamanda, münaqişənin (Kəşmir) sülh yolu və BMT-nin qətnamələrinə uyğun həllini dəstəklədi: hər iki lider birbaşa Hindistanı hədəfə almasa da, BMT qətnamələri və həmrəylik mesajı ilə Pakistana dəstəyi bir daha ifadə etdi;

- Hindistanın hücumundan sonra cəbhəsini gücləndirmək məqsədilə regional turneyə çıxan Şərif Yeni Dehliyə İstanbuldan sonra Laçından da “əzələ nümayişi” sərgilədi;

- Laçın Zirvəsi Ankara-Bakı-İslamabad xəttində “Üç Qardaş Alyansı”nın qurulduğunun, siyasi, iqtisadi və digər sferalarda strateji əlaqələrin genişləndirilməsi ilə 44 günlük müharibədən sonra zaman-zaman gündəmə gələn (daha çox qeyri-rəsmi formada) üçtərəfli hərbi ittifaq perspektivlərinin isə artdığı qənaətini möhkəmləndirdi;

Türkiyə-Azərbaycan-Pakistan strateji əlaqələrini formalaşmaqda olan çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı, həm də həlledici “Orta güc” kimi qiymətləndirmək olar. Laçın Zirvəsində bu gücün perspektivləri bir qədər də gücləndirildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930