xebermen.az

Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib

22-12-2024, 09:36

 

Hər gün yeni bir rüsvayçılığın yaşandığı Fransada bu dəfə uşaqların Yeni il hədiyyələrinə göz dikilib.

Fransanın "Belves" futbol klubunun Milad bayramı münasibətilə uşaqlara aldığı hədiyyələr oğurlanıb.

Oğrular klubun binasına daxil olaraq, televizor və içkilərlə yanaşı, klubda məşq edən uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələri də götürüblər.

Təxminən 20 gənc futbolçu Milad bayramında sponsorlar tərəfindən ödənilmiş forma və idman geyimləri almalı idi.

Hazırda uşaqları sevindirmək üçün klubun yenidən öz hesabına hədiyyələr almağı planlaşdırdığı bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930