xebermen.az

Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi

21-12-2024, 19:16

 

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Fransa prezidenti Emmanuel Makronu İrəvana dəvət edib.

Ermənistan hökumətinin saytında xəbər verilir ki, Paşinyan Makronu ad günü münasibətilə təbrik edib və onun ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini qeyd edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq 2022-ci ilin aprel və iyulunda, həmçinin 2023 və 2024-cü ilin iyulunda Fransa lideri Emmanuel Makronu dəvət etmişdi. Makronun Ermənistana səfəri 2024-cü ilin payızına planlaşdırılsa da, gəlmədi.

Bunu onunla əlaqələndirirlər ki, Makronun başı hazırda öz problemlərinə qarışıb və yadına Ermənistan düşmür.

Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə Ermənistana səfər edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930