Avropada Rusiyaya görə kritik vəziyyət: təhlükəsizlik təşkilatı yaradırlar
Avropa Parlamentinin rəhbəri Roberta Mezola bildirib ki, Avropa İttifaqı NATO-nu tamamlayacaq öz təhlükəsizlik təşkilatını yaratmalıdır.
Bu barədə o, "ElMundo"-ya müsahibəsində danışıb.
Mezola Aİ-nin həmişə daha güclü, ardıcıl və daha effektiv olması lazım olduğunu izah edib:
"Mən eyni şeyi, məsələn, real təhlükəsizlik və müdafiə ittifaqının yaradılmasına gəldikdə deyirəm. Bizim çoxdan tələb etdiyimiz, NATO-nu tamamlayacaq və Aİ ilə rəqabət aparmayacaq birlikdir".
Rəsminin sözlərinə görə, Avropa Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi səbəbindən son dərəcə qeyri-sabit vəziyyətin astanasındadır. Mezola əmindir ki, ABŞ prezident seçkilərindən sonra Ağ Evə kimin daxil olmasından asılı olmayaraq, Aİ hər şeyə hazır olmalıdır.