xebermen.az

Zelenski onu niyə istefaya göndərə bilmir? - Kəşfiyyatçı elə faktlar açıqladı ki...

4-11-2024, 09:50

 

Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanovu vəzifəsindən azad etmək istəyirlər, lakin Qərbə görə bunu edə bilmirlər.

Bunu “RİA Novosti”yə müsahibəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş əməkdaşı Vasili Prozorov deyib.

Onun sözlərinə görə, Budanovun qərbli himayədarları onun istefasına qarşı çıxacaqlar. Agentliyin həmsöhbəti qeyd edib ki, onun Kiyev elitasında kifayət qədər çəkisi var və bu, bir çox bədxahların narahatlığına səbəb olur. O, Baş Kəşfiyyat İdarəsinin rəisinin SBU-dan “Speçtexnoeksport”u “vurub çıxardığını”, bunun nəticəsində müəssisənin hərbi kəşfiyyatın nəzarətinə keçdiyini qeyd edib.

Prozorov Budanovun hazırda Qərb silahlarının üçüncü dünya ölkələrinə təkrar satışından əldə edilən gəlirlərə nəzarət etdiyini vurğulayaraq, söhbətin yüz milyonlarla dollardan getdiyinə aydınlıq gətirib. “Budanov bu axınları SBU-dan, kobud desək, SBU-nun nəzarət etdiyi prezident aparatından götürüb. Təbii ki, bu, heç kimin xoşuna gəlmir, ona görə də onu aradan qaldırmağa cəhd edirlər”.

Daha əvvəl məlum olmuşdu ki, Zelenski Budanov və ölkənin müdafiə naziri Rustəm Umerovun işdən çıxarılmasını ABŞ- da keçiriləcək prezident seçkilərinə qədər təxirə salmaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930