xebermen.az

Almaniya HƏRKƏTƏ KEÇDİ - “Heyəti Təhriri əl-Şam”la nələr müzakirə edilib?

17-12-2024, 21:54

 

Almaniya Suriyada Bəşər Əsədin devrilməsindən sonra Dəməşqə göndərdiyi diplomatik nümayəndələr vasitəsilə "Heyəti Təhriri əl-Şam" (HTŞ) təşkilatı ilə ilk danışıqlara başlayıb.

Görüşdə Suriyada keçid dövrü və etnik azlıqların qorunması məsələləri müzakirə olunub.

Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında səfər zamanı Dəməşqdə diplomatik nümayəndəliyin açılması imkanlarının da araşdırılacağı qeyd olunub. Nümayəndə heyətinin Suriyada vətəndaş cəmiyyətinin və xristian icmasının təmsilçiləri ilə də görüşlər keçirəcəyi bildirilib.

Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində görüşlə bağlı paylaşımda bildirilib:

“Əsəd Suriyada öz xalqına qarşı dəfələrlə kimyəvi silahlardan istifadə etdi. Artıq Suriyanın kimyəvi silahlarının araşdırılması və ləğv edilməsi üçün şans var. Bu istiqamətdə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) daha çox dəstək veririk və bu barədə bu gün Dəməşqdəki görüşlərdə də müzakirələr aparırıq”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30