xebermen.az

Kreml Paşinyana eşitdirdi: Putin sizi orada gözləyəcək

13-12-2024, 17:28

 

Ermənistanın baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək görüşündə iştirakı gözlənilir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

“Prezident cənab Paşinyanı dəvət etdi və təbii ki, onu digər həmkarları ilə birlikdə Sankt-Peterburqda ənənəvi görüş üçün gözləyir. Bu, təbii ki, qeyri-rəsmidir, lakin eyni zamanda, həm MDB, həm də Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının toplaşacağı tədbirdir. Gündəm kifayət qədər əhəmiyyətli və genişdir”, - Peskov deyib.

Eyni zamanda o qeyd edib ki, Putin bu gün Ermənistanın baş naziri ilə görüş planlaşdırmır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031