xebermen.az

Kremldən YENİ PANDEMİYA ÇAĞIRIŞI - "Ondan qurtula bilməyəcəyik"

11-12-2024, 09:38

 

Rusiya Federasiyası Prezidentinin köməkçisi Andrey Fursenko viruslar deyil, digər mikroorqanizmlər tərəfindən törədilə bilən yeni qlobal pandemiyanın qaçılmaz olduğunu elan edib.

O, rusiyalı alimləri yeni vaksinlərin yaradılması üzrə tədqiqatları dayandırmamağa çağırıb.

"Həmkarlar, yeni bir pandemiya olacaq. O, mütləq orada olacaq", Frusenko çağırış edib.

Prezidentin köməkçisinin sözlərinə görə, bunun virus və ya göbələk olacağı məlum deyil, amma "biz ondan qurtula bilməyəcəyik".

Fursenko, preparatların yaradılması üçün əsas ola biləcək "blankların" hazırlanmasının vacibliyini vurğulayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930