xebermen.az

Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf

5-12-2024, 10:11

 

Alimlər koronavirusun beyinə necə keçdiyini müəyyən edə biliblər.

Tədqiqat Almaniyanın "Helmholtz Munich" ağıllı biotexnologiyalar institutunun direktoru Ali Ertürkün rəhbərlik etdiyi komanda tərəfindən aparılıb.

Araşdırma zamanı COVID-19-un insan orqanizminə daxil olmaq üçün istifadə etdiyi "spike" zülallarının kəllə sümüyündəki "gizli keçidlərdə" toplandığı və bu keçidlərdən istifadə edərək beyin səthinə yerləşə bildiyi öyrənilib.

Bu kəşf Ertürkün "DISCO Transparency" texnikası ilə mümkün olub - bu üsulda orqan və toxumalar şəffaflaşdırılaraq rəqəmsal mühitdə xəritələndirilir.

Tədqiqat kəllə sümüyünün sadəcə beyinin qoruyucusu olmadığını, beyinin canlı bir hissəsi olduğunu göstərib. Türkiyəli alimin bu ixtirası COVID-19-un nevroloji təsirlərinə yeni baxış gətirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930