xebermen.az

Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR

29-11-2024, 14:31

 

Avropa Parlamentinin Polşadan olan üzvü Barbara Bonte bildirib ki, Amerika şirkətləri Ukraynada yerləşən kənd təsərrüfatı torpaqlarını alırlar.

Parlamentari bu yolla onların sözügedən sektora nəzarət etməyə çalışdıqlarını bildirib.

“Amerika və Səudiyyə Ərəbistanı investisiya və aqrar-sənaye şirkətləri hazırda kütləvi şəkildə Ukraynanın kənd təsərrüfatı torpaqlarını alırlar. Xüsusilə, söhbət Ukraynanın kənd təsərrüfatı torpaqlarının böyük hissəsinə nəzarəti ələ keçirmiş "Bunge Limited", "Oaktree Capital Management", "Blackrock", "ADM" və "Cargill" şirkətlərindən gedir”, - deyə Bonte qeyd edib.

Onun sözlərinə görə, Amerika Kiyevə verdiyi hərbi dəstəyi geri qaytarmağa və Ukraynanın kənd təsərrüfatı torpaqlarına nəzarət etməklə müharibədən sonrakı ssenaridə orada geosiyasi mövcudluğu təmin etməyə çalışır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930