xebermen.az

Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı

27-11-2024, 10:03

 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı dövlət başçısı Co Bayden hakimiyyətin ötürülməsi üçün keçid dövrünün başlanmasını rəsmiləşdirən memorandum imzalayıb.

Bunu Trampın bu vəzifəyə təyin etdiyi Ağ Evin gələcək aparat rəhbəri Syuzan Uayls deyib.

Onun sözlərinə görə, yeni Nazirlər Kabineti üçün seçim prosesini başa vurduqdan sonra Tramp prezident Co Baydenin Ağ Evi ilə anlaşma memorandumu imzalayaraq administrasiyasının keçidinin növbəti mərhələsinə qədəm qoyur.

"Bu tapşırıq Nazirlər Kabinetinin ehtimal olunan namizədlərinə hər bir departament və agentlikdə desant qruplarının yerləşdirilməsi də daxil olmaqla kritik hazırlıqlara başlamağa və hakimiyyətin nizamlı keçidini başa çatdırmağa imkan verir", - Uayls deyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930