xebermen.az

İsrail bu ölkəni təhdid etdi: müharibənin miqyası genişlənir?

25-11-2024, 10:06

 

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrailin İraqı əsassız və yalançı bəhanələrlə təhdid etməsinə sərt cavab verib.

Sudani Bağdadda keçirilən tədbirdəki çıxışında bölgədə yüksək gərginlik olduğunu bildirib.

O, ölkəsinin hücum nöqtəsi kimi istifadə edilməsinə icazə verməyəcəklərini bəyan edib: "Sionistlər yalan və etibarsız bəhanələrlə təhdid etdi. Lakin İraqın hücum nöqtəsi kimi istifadəsinə icazə verməyəcəyimizi vurğulamalıyıq".

Sudani İsraili döyüş meydanını genişləndirməməyə çağırıb. O, həmçinin Xarici İşlər Nazirliyinə İsrailin İraqı təhdid etməsi məsələsini beynəlxalq dairələrdə izləməyi tapşırdığını bildirib.

Qeyd edək ki, İraqın xarici işlər naziri Fuad Hüseyn iki gün əvvəl Duhokda keçirilən tədbirdə İsraildən dolayı yolla təhdid məktubu aldıqlarını, lakin bunun müharibəyə çevriləcəyi anlamına gəlmədiyini bildirib. İsrailin İranın dəstəklədiyi şiə milis qruplarının mövqelərinə hücumla hədələdiyi iddia edilib. İraqdakı şiə milis qrupları vaxtaşırı İsrail hədəflərinə hücum etdiklərini elan edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031