xebermen.az

Qanlı müharibə Almaniyanın "QAPISINI DÖYÜR" - 1000 səhifəlik əməliyyat planı hazırlandı

22-11-2024, 09:29

 

Almaniya Federativ Respublikası 1000 səhifəlik “Alman Əməliyyat Planı” hazırlayaraq Rusiya ilə böyük müharibəyə hazırlaşmağa başlayıb.

Sənədin məzmununun çoxu məxfidir.

Qeyd edilib ki, planda hərbi səbəblərə görə xüsusi mühafizə tələb edən əsas binalar və infrastrukturların adları yer alıb.

Vurğulanıb ki, Bundesver artıq bu məxfi sənəd əsasında şirkətləri potensial fövqəladə hallara hazırlamağa başlayıb.

Daha əvvəl Almaniya kansleri Olaf Şolts bildirmişdi ki, Almaniyanın Rusiya Federasiyası ərazisinin dərinliklərinə endirmək üçün Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməsi zərbələr üçün hədəflərə nəzarətin zəruriliyini nəzərdə tutur, bu da Almaniya tərəfinin münaqişədə birbaşa iştirakı deməkdir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930