xebermen.az

Bu ölkədə qurban kəsmək qadağan olundu: Çünki...

5-06-2025, 15:20


 

Mərakeş administrasiyası quraqlıq və heyvan ehtiyatlarının azalması səbəbindən Qurban bayramı öncəsi heyvan bazarlarını bağlayıb.

Bu barədə ölkənin Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri birgə açıqlama verib.

Bildirilib ki, 7 ildir şiddətli quraqlıqla mübarizə aparan Mərakeşdə bayram öncəsi heyvan kəsimi ilə bağlı bütün ticarət fəaliyyətləri qadağan edilib. Qanunsuz satışın qarşısını almaq üçün isə bəzi rayonlarda yoxlamalar artırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə illərdir davam edən quraqlıq heyvan ehtiyatının 38 faiz azalmasına səbəb olub. Yağışlar 30 illik orta göstəricidən 53 faiz azdır. Bu vəziyyət qurbanlıq heyvanların tədarükünə xeyli təsir edib.

Mərakeş kralı xalq adından simvolik olaraq qurban kəsəcəyini açıqlayıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031