xebermen.az

Ətin bahalaşmasının səbəbi nədir?

15-03-2025, 18:04

 

"Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur".

Bunu Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nın müzakirəsi zamanı bildirib.

"Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir. Ancaq 7-8 kiloqramlıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kiloqram azdır.

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər", - deyə deputat bildirib.

Körpə danaların kütləvi kəsimi ətin qiymətinin artmasına səbəb olur. Bunu Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nın müzakirəsi zamanı bildirib.

"Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu, düzgün seçimdir. Ancaq 7-8 kiloqramlıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kiloqram azdır. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər", - deyə deputat bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930