xebermen.az

Tbilisidə xaos: Həbs olunanlar var – Müxalifət “səyyar aksiya” elan etdi

19-11-2024, 15:02

 

Tbilisinin mərkəzində azı on etirazçı saxlanılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilir ki, həbslər, polisin nümayişçiləri Çavçavadze prospektindən uzaqlaşdırıb çadır şəhərciyi sökməsindən sonra başlayıb.

Ən azı iki nəfər ağır yaralanıb. Müxalifətdəki Axali partiyası siyasi şuranın üzvü Nika Kvitatianinin xəstəxanaya köçürüldüyünü bildirib.

Bundan sonra müxalifət liderləri Tbilisidə “səyyar aksiya” elan ediblər.

Polis sıx kordonda Melikişvili prospekti ilə yürüş edir və etirazçıları sıxışdırır.

“Aqmaşenebelinin strategiyası” müxalifət partiyasının lideri Giorgi Vaşadze aksiya iştirakçılarına müraciət edərək deyib: “Biz hərəkətə davam edirik, polislə məsafə saxlayırıq, heç bir halda onlarla qarşıdurmaya girmirik və onların həbsinə əsas vermirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30