xebermen.az

Maskdan İLK XƏBƏRDARLIQ: "Rusiya güzgü kimi cavab verəcək"

18-11-2024, 09:09

 

Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask, ABŞ-ın ilk dəfə Ukraynaya Rusiya Federasiyasına hücumlar üçün 300 km-ə qədər mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verdiyinə dair məlumatların mediada yayılmasından sonra Moskvanın verəcəyi cavabı xatırladıb.

O, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"Problem ondadır ki, Rusiya güzgü kimi cavab verəcək", - Mask yazıb.

Bundan əvvəl "X" istifadəçilərindən biri ABŞ-ın qərarı ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra “liberalların müharibəni sevdiyini” və bunun “böyük hökumətin” genişlənməsinə töhfə verdiyini söyləyib. Mask onun paylaşımına reaksiya verib və “doğru” yazıb.

Xatırladaq ki, medidada Ağ Ev rəhbəri Co Baydenin ilk dəfə Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün Amerikanın ATACMS raketlərindən istifadə etməsinə icazə verməsi barədə məlumat yayılıb. Ağ Ev, Dövlət Departamenti və Pentaqon bununla bağlı sorğulara hələ cavab verməyib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930